Dünya şöhrətli ulduzdan örnək addım - pandemiyada yüz ailənin kirayəsini ödədi

© AP Photo / Evan AgostiniАмериканская певица Бейонс Ноулз на TIDAL X: 1020 Amplified от HTC в Нью-Йорке
Американская певица Бейонс Ноулз на TIDAL X: 1020 Amplified от HTC в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
Sənətçi sahibi olduğu "BeyGood" təşkilatı vasitəsilə pandemiya dövründə kirayə haqqını ödəməkdə çətinlik çəkən 100 nəfərə yardım əli uzadıb. Pop ulduz bunun üçün hər bir ailəyə 5 min dollar ayırıb

BAKI, 27 dekabr — Sputnik. Sərvətinin 355 milyon dollar olduğu təxmin edilən dünyaca məşhur müğənni Beyons Nouls təqdirəlayiq addım atıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı sənətçi sahibi olduğu "BeyGood" təşkilatı vasitəsi ilə pandemiya dövründə kirayə haqqını ödəməkdə çətinlik çəkən 100 nəfərə yardım əli uzadıb. Pop ulduz bunun üçün hər bir ailəyə 5 min dollar ayırıb.

Xeyriyyə təşkilatının məlumatına əsasən, bu, Beyonsun sözügedən vətəndaşlara Yeni il hədiyyəsidir.

"Beyons və komandası xeyriyyə addımlarını davam etdirirlər. Ölkə daxilində insanlara qida, su, ev əşyaları və COVID-19 testi kimi əsas ehtiyacları təmin edən təşkilatlara kömək etdik. Psixoloji dəstək mərkəzlərini də unutmadıq. 250-dən çox kiçik müəssisəyə bu günə qədər 10 min dollar qrant verildi. Davamı da olacaq", - deyə "BeyGood"un açıqlamasında qeyd edilib.

 

Xəbər lenti
0