Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

© © Uwe Anspach/dpa via APYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın Xətai rayonunda beşmərtəbəli binada baş verən yanğın artıq FHN yanğınsöndürənləri tərəfindən söndürülüb.

BAKI, 27 dekabr — Sputnik. Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 1 ədəd qoruyucu açar və kabel 10 p.m yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, binadakı digər mənzillər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0