Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidМинистр обороны Азербайджана Закир Гасанов перед военным парадом в Баку, фото из архива
Министр обороны Азербайджана Закир Гасанов перед военным парадом в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Həsənov: "Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi".

BAKI, 27 dekabr - Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri cənab Pervez Xattaka və Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya hərbi helikopterin qəzaya uğraması nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, başsağlığında deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin.”

Xəbər lenti
0