CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il ərəfəsi narahatlıq - Bakı tam qapanıb, rayonlara yollar bağlanacaq?

© Sputnik / Murad OrujovАлятский карантинный пост, фото из архива
Алятский карантинный пост, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bayram günlərində də karantin postlarından rayonlara və əks istiqamətə qeydiyyat ünvanına görə və portalda müvafiq icazəsi olan, ezamiyyə vərəqəsi olanlar buraxılacaqlar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Artıq dünəndən etibarən yanvarın 1-dən 4-dək bayram günlərində rayonlara giriş-çıxışın tamamilə dayandırılması barədə sosial platformalarda məlumatlar yayılıb.

Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirib ki, sosial şəbəkələrdə rayonlara gediş-gəlişin bağlanacağı barədə məlumat şayiə xarakteri daşıyır:

"Nazirlər Kabineti tərəfindən hələ ki belə bir qərar verilməyib. Biz icraedici orqanıq. Bakıdan rayonlara və əks istiqamətə gediş-gəlişin bağlanacağı barədə məlumatlar tamamilə yanlışdır. Bayram günlərində də karantin postlarından rayonlara və əks istiqamətə qeydiyyat ünvanına görə və portalda müvafiq icazəsi olan, ezamiyyə vərəqəsi olanlar buraxılacaqlar".

N.Piriyev bayram günlərində karantin postlarından istirahətə getmək məqsədilə keçməyə icazə verilməyəcəyini də söyləyib. O bildirib ki, buna görə də hər bir vətəndaş qaydalara hörmətlə yanaşaraq karantin postlarını qanunsuz keçmək arzusu ilə yola çıxmasın.

"Yanvarın 1-dən 4-dək respublikada bütün iaşə obyektlərinin tam qapanacağı barədə sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir, şayiə xarakterlidir".

Bu sözləri Sputnik Azərbaycan-açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib. O deyib ki, həftəsonları qadağası istisna olmaqla digər sahələrdə yerində xidmət davam etdiriləcək. Fəaliyyətinə yerində icazə verilməyən sahələrdə isə çatdırılma xidməti mümkün olacaq: "Nazirlər Kabinetinin bu barədə qərarına heç bir dəyişiklik edilməyib. Odur ki, qəbul edilmiş qərarlarda göstərildiyi kimi xidmət sahələrində fəaliyyət bayram günlərində də tətbiq ediləcək. Daxili İşlər Nazirliyinin polis şəxsi heyəti qərarın icrasına nəzarəti bayram günlərində də davam etdirəcək".

Nazirlər Kabinetindən isə belə bir qərarın verilmədiyini bildirdilər.

Xəbər lenti
0