CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç olmasa, burada yüzü haqlamışıq - nazir müavinindən fərəhləndirici açıqlama

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
"Təhsilini I sinifdən başlamaqla V sinifə qədər başa vurmuş şagirdlərin xüsusi çəkisi, demək olar ki, 100 faizə çatdırılıb"

BAKI, 26 dekabr — Sputnik. Azərbaycanda təhsil sistemində aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində 15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma səviyyəsi, ibtidai təhsili başa vurma səviyyəsi, təhsilini I sinifdən başlamaqla V sinifə qədər başa vurmuş şagirdlərin xüsusi çəkisi, demək olar ki, 100 faizə çatdırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Nazir müavini əlavə edib ki, növbəti illərdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq işlər davam etdiriləcək. Strategiyanın məqsədi ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir.

Xəbər lenti
0