CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik işçi axtarır: professorlar, pozitiv şəxslər gəlsinlər

© AR Ministry of EducationВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər

BAKI, 26 dekabr — Sputnik. Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/-1-18 daxil olaraq əldə edə bilərsiniz.

Xəbər lenti
0