Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AzTV-dəki insidentlə bağlı araşdırma başlandı

© Photo : AzTVAzTV-nin inzibati binası
AzTV-nin inzibati binası - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Hazırda da binanın istifadəyə yararlı olub-olmadığı qiymətləndirilir" "Hazırda da binanın istifadəyə yararlı olub-olmadığı qiymətləndirilir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. "Fövqəladə Hallar Nazirliyi (FHN) "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTv) uçqun baş verən binasında araşdırmaya başlayıb. Binanın istifadəyə yararlı olub-olmadığı qiymətləndirilir".

Təcili yardım avtomobili  - Sputnik Azərbaycan
HADİSƏ
AzTV-nin binasında bədbəxt hadisə baş verib, ölən var

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib. O bildirib ki, uçqun hadisəsi binanın 3-cü mərtəbəsində bir otağın tavanda baş verib. Onun sözlərinə görə, buna görə binanın istifadəyə yararlılığı FHN tərəfindən araşdırılır:

"FHN-in əməkdaşları axşamdan hadisə baş verən ərazidədirlər. Hazırda da binanın istifadəyə yararlı olub-olmadığı qiymətləndirilir. Bu faciənin baş verməsi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivini sarsıtdı. Hər birimiz bu hadisədən çox üzüldük. Hadisə nəticəsində həlak olan əməkdaşımıza Allahdan rəhmət diləyirik".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTv) ərazisində baş verən dağıntı ilə bağlı məlumat yayıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb. Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti
0