BAKI, 26 dekabr — Sputnik. Türk xalq musiqisinin tanınmış müğənnisi Engin Nurşani vəfat edib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün dünyasını dəyişən Engin Nurşani bir ildir qırtlaq xərçəngindən əziyyət çəkirmiş.
Engin Nurşani Türkiyədə Xalq ozanı kimi tanınan Aşıq Ali Nurşaninin oğludur. 2019-cu ildə qırtlaq xərçəngi (nazofarenks) müğənnini sənətindən ayrı salmışdı.
Qeyd edək ki, 11 gündür reanimasiyada olan müğənni dekabrın 25-də vəfat edib.