Gələn ilin qiymətli daşı sarı rəngdə olacaq

© AP Photo / Mahesh Kumar A.Женщина в ювелирном магазине, фото из архива
Женщина в ювелирном магазине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Karantin rejiminə baxmayaraq gözəl və nadir daşlara, onlardan hazırlanmış zinət əşyalarına tələbat azalmayıb. Süni şəkildə yetişdirilən brilyantlar da pandemiyaya rəğmən, bazarda öz yerini tutub.

BAKI, 26 dekabr — Sputnik. Sarı sapfir 2021-ci ilin qiymətli daşına çevrilə bilər. Bu barədə RİA Novosti-yə müsahibəsində İsveçrənin “Gem Project” şirkətinin rəhbəri, gemmoloq, qiymətli daşlara investisiya qoyulması üzrə  mütəxəssis Olqa Brovçuk bildirib.

“Sarı sapfir 2021-ci ilin qiymətli daşı ola bilər. O, qiymətli daşlar bazarında geniş şəkildə təqdim olunub, gözəl rəngi var, üstəlik, qiyməti də göy sapfirə görə ucuzdur. Onun seçiminə və mətbuat tərəfindən geniş şəkildə reklam olunmasına bir amil də təsir göstərəcək. Məsələ burasındadır ki, üzümüzə gələn ilin rəngi sarıdır”, - deyə o bildirib.

Brovçuk onu da qeyd edib ki, əslində sapfir bu ilin də daşı olub: “Bu daş həm zərgər və dizaynerlərin qiymətli daşları aldıqları peşəkar bazarda, həm də sapfirlərin böyük tələbat gördüyü hərraclarda çox alınıb”.

Ekspertin sözlərinə görə, ümumilikdə alıcıların zövqündə ciddi dəyişiklik baş verməyib.  Karantin rejiminə baxmayaraq gözəl və nadir daşlara, onlardan hazırlanmış zinət əşyalarına tələbat azalmayıb. Eyni zamanda, süni şəkildə yetişdirilən brilyantlar da pandemiyaya rəğmən, bazarda öz yerini tutub.

“Bu cür brilyantlar təbii daşlardan daha ucuzdur, ancaq hələlik bijuteriyadan kifayət qədər bahadır. Bununla belə, son illərdə çinli investorlar süni brilyant yetişdirmə texnologiyalarına bir neçə milyard dollar sərmayə qoyublar ki, bu səbəbdən də həmin daşların tədarükündə artım və dəyərində tədricən azalma gözləmək olar", - deyə Brovçuk vurğulayıb.

Xəbər lenti
0