CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 4,3 faiz artırılır

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn ilin dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat nəzərdə tutulur.

BAKI, 25 dekabr — Sputnik. Gələn ilin dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0