BAKI, 25 dekabr — Sputnik. "Biz icbari tibbi sığortaya keçirik. Hesab edirəm ki, səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat qeyd edib ki, TƏBİB adlanan qurum yarandı və həmin qurum insanların nifrətini qazanıb: "Hesab edirəm ki, həmin qurum ləğv edilməlidir".