BAKI, 25 dekabr — Sputnik. "Dünya gözəli" müsabiqəsinin ilk argentinalı qalibi Norma Kappalyini avtobus vurub. Qadın komaya düşdükdən bir neçə gün sonra ölüb.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 81 yaşlı qadın mağazaya gedərkən qəzaya düşüb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, beş gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, Norma Qleydis Kappalyi 1960-cı ildə 21 yaşında olarkən "Dünya gözəli" müsabiqəsinin qalibi olub.