Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni bacıların evini su basdı: "İllərlə kredit ödəyirsən..." - VİDEO

© Photo : Instagram / sevinc_sevilАзербайджанские исполнительницы, сестры-близняшки Севиль и Севиндж Сафаровы
Азербайджанские исполнительницы, сестры-близняшки Севиль и Севиндж Сафаровы - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Artıq 5-ci usta da gəlib. Amma problem həll olunmayıb. Ev gölməçəni xatırladır. Mənzilin tikilişini düzgün etmədiklərinə görə yağış suları evimizə axır"

BAKI, 24 dekabr — Sputnik. İki gündür Bakı şəhərində davam edən yağış müğənni əkiz bacılar SevilSevincin evini yararsız hala salıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bacılar "Instagram" səhifələrində video paylaşıblar. Onlar bildiriblər ki, hər dəfə güclü yağış yağarkən eyni problemi yaşayırlar. "Absheron City"yə öz etirazlarını bildirən bacıların dediyinə görə, evi su basıb: "Artıq 5-ci usta da gəlib. Amma problem həll olunmayıb. Ev gölməçəni xatırladır. Mənzilin tikilişini düzgün etmədiklərinə görə yağış suları evimizə axır".

Xəbər lenti
0