CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn yaz azad torpağın halal nemətini dadacağıq: Mühəndis Qoşunlarımız iş başında - VİDEO

© AR Ministry of DefenceAzad edilmiş ərazilərimizdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur
Azad edilmiş ərazilərimizdə qoşunların mühəndis təminatı üzrə tədbirlər icra olunur - Sputnik Azərbaycan
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərimizdə əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

BAKI, 24 dekabr — Sputnik. Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Xəbər lenti
0