Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda koronavirusa yoluxanların sayı psixiloji həddi keçdi

© AFP 2024 / SAJJAD HUSSAINТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə bu virusdan ölənlərin sayı 2714-ə çatıb. Xəstəlikdən sağalanların sayı 136766 nəfər olub. Hazırda bu ölkədə 15999 nəfər xəstəxanada müalicə alır

BAKI, 24 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 156142-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 702 nəfər artıb.

Ermənistanda son gündə daha 23 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2714-ə çatıb. Xəstəlikdən sağalanların sayı 136766 nəfər olub. Hazırda bu ölkədə 15999 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 78,7 milyonu keçib, 1,73 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0