Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 virisu dünyada 1,7 milyon insanın həyatına son qoyub. Son zamanlar əksər ölkələrdə xəstəlik yenidən alovlanır, müxtəlif məhdudlaşdırma tədbirləri görülür, bu səbəbdən insanlar vaksinə ümid edir və 2021-ci ilin nisbətən sakit keçəcəyini gözləyirlər.
COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd hazırlanması 2020-ci ildə səhiyyənin əsas həll etməli olduğu məsələyə çevrildi. Bir neçə ölkədə artıq vaksinlərin sınaq mərhələsi bitib, bəzilərində isə hətta vaksinasiya prosesi başlayıb.
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, ölkədə koronavirusdan könüllü vaksinasiya 2021-ci ilin əvvəlinə planlaşdırılıb. Ümid edirik ki, tezliklə pandemiyaya qalib gələrik və həyat əvvəlki normal axınına qayıdar. Hələliksə müxtəlif dövrlərdə dünyanın müxtəlif guşələrində peyvəndləmənin necə keçirildiyinə baxmağı təklif edirik.