CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözünüz aydın! Könüllü hərbçiləri yaxında evlərinə buraxacaqlar – Rəsmi açıqlama

© AP Photo / Emrah GurelВоеннослужащий азербайджанской армии, фото из архива
Военнослужащий азербайджанской армии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər - MN

BAKI, 23 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların tərxis edilməsi ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyin "Facebook"dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir:

"Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu, tərəfimizdən anlayışla qəbul olunur.

Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir".

 

Xəbər lenti
0