İsrail Azərbaycan xəstəxanalarını qabaqcıl tibbi avadanlıqlarla təmin edib

© Photo : Twitter / Israel in AzerbaijanTibbi-humanitar yardım
Tibbi-humanitar yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Doron Pe'er: "İsrailin Azərbaycanla humanitar əməkdaşlığını gücləndirməsi təbii bir haldır, çünki dostlar belə çətin anlarda bunu edirlər".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. İsrail ilə Azərbaycan arasındakı tibbi əməkdaşlıq çərçivəsində İsrailin Azərbaycandakı səfirliyi tibbi avadanlıqların ilk hissəsini Azərbaycana təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

Müvəqqəti işlər vəkili Doron Pe'er tibbi avadanlıqları TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevə və TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin protokol üzrə baş mütəxəssisi Ramin Burcəliyevə təhvil verib.

"İsrail Səfirliyi Azərbaycan Hökuməti ilə tibbi və humanitar əməkdaşlığı intensivləşdirir. Bu gün Səfirlik TƏBİB vasitəsi ilə Azərbaycan xəstəxanalarını qabaqcıl tibbi avadanlıqlarla təmin etdi. Bu yardım oktyabr ayında Gəncədə və Bakıda göstərilən təcili tibbi və humanitar yardıma əlavə olaraq gəlib. Bir neçə həftə ərzində Səfirlik tərəfindən daha çox tibbi avadanlıq təhvil veriləcək", - deyə o bildirib.

O qeyd edib ki, 2020-ci il davam edən qlobal pandemiya və minlərlə insanın yaralandığı və çox sayda insana təsir göstərdiyi silahlı qarşıdurma səbəbindən səhiyyə sistemi üçün çətin bir il oldu. İsrailin Azərbaycanla humanitar əməkdaşlığını gücləndirməsi təbii bir haldır, çünki dostlar belə çətin anlarda bunu edirlər:

"2021-ci ilə hazırlaşarkən, ölkələrimiz arasında kənd təsərrüfatı, su idarəedilməsi və suvarma, infrastruktur, innovasiyalar, səhiyyə, ağıllı şəhər planlaşdırması və daha çox sahələrdə əməkdaşlığın artırılmasını gözləyirik. İsrail səfirliyi qarşıdan gələn yeni ildə dost Azərbaycan xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq diləyir!"

Qeyd olunur ki, TƏBİB-ə 3 ədəd Koaqulyator 400 HP TOUCH, LED və 6 ədəd EKQ 12 kanal ECG200S 80609274, Cardioline təhvil verilib.

Xəbər lenti
0