CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin buna da "burun soxdu": Avtomobil sahiblərinə xəbərdarlıq

© Sputnik / Murad OrujovПрипаркованные автомобили в Баку
Припаркованные автомобили в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Avtomobilləri bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park etmələri xahiş olunur"

BAKI, 23 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti avtonəqliyyat vasitələri sahiblərinə müraciət edib. FHN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir: "Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 14 dekabr 2020-ci il tarixindən ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib.

Bir sıra hallarda pərakəndə şəkildə, binaların həyətlərinə girişlərdə, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iriqabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Son zamanlar baş verən yanğınların təhlili bu istiqamətdə zəruri tədbirlərin görülməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park etmələri xahiş olunur".

Xəbər lenti
0