Sürücülər hansı halda avtobus zolağından istifadə edə bilər - BNA-dan izahat

© Sputnik / Irade JELILАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sürücülər o zaman sərnişinlərin minib-düşməsi üçün avtobus zolağından istifadə edə bilərlər ki, həmin yerdə başqa qadağanedici nişan olmasın.

BAKI, 23 dekabr — Sputnik. Sürücülər sərnişinlərin minib-düşməsi üçün avtobus zolağından istifadə edə bilər. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Sürücülər bunu o zaman edə bilərlər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.

BNA-nın məlumatına görə, əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilərlər:

- Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);

- Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);

- Başqa qadağalar yoxdursa, sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz.

Xəbər lenti
0