BAKI, 23 dekabr — Sputnik. MGM Holdings satışa çıxarılan məşhur Metro-Goldwyn-Mayer kinostudiyasını siyahıya alacaq.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, şirkət rəsmi satış prosesinə başlamaq üçün sazişi investisiya bankları vasitəsilə bağlamağı planlaşdırır. Film fabrikinin bazar dəyəri mütəxəssislər tərəfindən 5.5 milyard dollar olaraq qiymətləndirilir.
Xatırladaq ki, MGM Holdings son bir neçə ildə dəfələrlə Metro-Goldwyn-Mayer kinostudiyasını satmağa çalışsa da, holdinq heç vaxt potensial alıcılarla qiymət barədə razılığa gələ bilməyib.
Qeyd edək ki, Amerikan film şirkəti Metro-Goldwyn-Mayer 1924-cü ildə qurulub. "Terminator", "Rocky", "Ceyms Bond" , "Hobbit" və digər bir çox məşhur filmlərin hüquqlarına sahibdir.