Azərbaycanda daha bir şəhərin baş planı hazırlandı

© Sputnik / Murad OrujovСтроительство госпиталя модульного типа в Баку
Строительство госпиталя модульного типа в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumi sayı 42 olmaqla, o cümlədən son iki ildə Nazirlər Kabineti tərəfindən 8 şəhərin (Salyan, Xaçmaz, Göygöl, Masallı, Şəmkir, Quba, Tovuz, Biləsuvar) baş planı təsdiqlənib və 2 şəhərin (Ağcabədi və Göyçay) baş planının təsdiq edilməsi gözlənilir.

BAKI, 23 dekabr — Sputnik. Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair "Göyçay şəhərinin Baş planı" təsdiq edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Göyçay şəhərinin təsdiq edilmiş Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb. "Göyçay şəhərinin Baş planı" 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Qeyd edək ki, ümumi sayı 42 olmaqla, o cümlədən son iki ildə Nazirlər Kabineti tərəfindən 8 şəhərin (Salyan, Xaçmaz, Göygöl, Masallı, Şəmkir, Quba, Tovuz, Biləsuvar) baş planı təsdiqlənib və 2 şəhərin (Ağcabədi və Göyçay) baş planının təsdiq edilməsi gözlənilir. Hazırda Komitə tərəfindən respublikanın 11 şəhərinin (Bakı, Gəncə, Goranboy, Gədəbəy, Astara, Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanması prosesi davam etdirilir, daha 5 şəhərin (Xudat, Liman, Dəliməmmədli, Göytəpə, Qovlar) baş planlarının işlənilməsinə başlamaq planlaşdırılır.

Bununla yanaşı, şəhər və digər yaşayış məntəqələrində müfəssəl planların hazırlanması üzrə də işlər yerli icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir ki, öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu işlərə lazımi metodiki köməklik göstərilməkdədir.

Xəbər lenti
0