Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun ekran əsəri "Ən yaxşı xarici film" seçilib

© Pexels freestocks.orgКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyə qədər "İzn ver, qaçım" qısametrajlı filmi Los-Anceles, Nyu-York və Torontoda keçirilən beynəlxalq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub

BAKI, 22 dekabr — Sputnik. Azərbaycanlı rejissor Elmar Bayramovun "Let me run" ("İzn ver, qaçım") qısametrajlı filmi Londonda keçirilən "Fighting Spirit Film" beynəlxalq kinofestivalında "Ən yaxşı xarici film" mükafatına layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan E.Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri fiziki qüsurlu Orxan adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneələri dəf edir.

Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan QoldberqZeke Ramazan Geisdir.

Qeyd edək ki, indiyə qədər "İzn ver, qaçım" qısametrajlı filmi Los-Anceles, Nyu-York və Torontoda keçirilən beynəlxlaq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.

Xəbər lenti
0