BAKI, 22 dekabr — Sputnik. Türkiyəli müğənni Demet Akalın yeni biznesə başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, iki aya yaxındır hazırlıqlarını davam etdirən müğənninin kosmetika markası "DA" adlanacaq. Bu barədə müğənni özünü "İnstagram" hesabında məlumat verib.
View this post on Instagram
İtaliya ilə əlaqəsi olan markanın məhsulları dekabrın 23-dən etibarən onlayn şəkildə satışa çıxarılacaq.