Prezident təqaüdünün məbləği artırılır

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması məsələsi "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərlə bağlı təklifdə əksini tapıb. 

BAKI, 22 dekabr - Sputnik. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması nəzərdə tutulur. 

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərlə bağlı təklifdə əksini tapıb. 

Burada təqaüdün məbləğinin I dərəcə əlilliyi olan şəxslərə 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manatadək artırılması təklif olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanunun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğvi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunub. 

I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödəniləcək.

Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçiriləcək.

Xəbər lenti
0