BAKI, 22 dekabr - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi “Azərbaycan Respublikasının Nazirlər Kabinetində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 aprel tarixli 1005 nömrəli Fərmanı ilə yaradılıb.