BAKI, 22 dekabr — Sputnik. Ermənistanda bu dəfə sürücülər arasında yeni bir qiyam baş verə bilər. Bu barədə Sputnik Ermənistan "Johovurd" nəşrinə istindən xəbər verir.
Nəşr qeyd edir ki, son bir neçə gün ərzində ölkədə yanacağın – benzin, sıxılmış təbii qaz və adi qazın qiyməti durmadan artır.
Belə ki, son günlərdə "adi" benzin 350 dramdan (1,24 AZN) 370 drama (1,31 AZN), sıxılmış təbii qazın qiyməti 180 dramdan (0,64 AZN) 190 drama (0,67 AZN), təbii qaz isə bir kiloqram üçün hazırda 320-330 dramdır (1,13 – 1,17 AZN). Bu arada bu Ermənistanda qazın qiymətinin qalxmasına dair ikinci haldır. Belə ki, iyulda qiymət 310 drama (1,10 AZN) qalxmışdı.
Məqalədə qeyd olunur ki, kompressorlar stansiyasının işçiləri qiymət artımını dramın dollara devalvasiyası ilə əlaqələndirir.
Son zamanlar dolların drama olan kursu təxminən 10% artıb, bu hal isə Ermənistanda yanacağın qiymətinə təsir edir.