CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram olmayacaq - Agentlikdən xəbərdarlıq

© AP Photo / Silvia IzquierdoРесепшн отеля, фото из архива
Ресепшн отеля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hotellərdə bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır

BAKI, 21 dekabr — Sputnik. Dövlət Turizm Agentliyi bayram şənliyi təklif edən hotellərlə bağlı məlumat yayıb.

Ресепшн отеля, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Yeni ildə bu hotellər işləyəcək - Üç gecəsi 1640 manat

Sputnik Azərbaycan-a daxil olan xəbərdə deyilir ki, son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur. Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır.

Ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakla bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir. Xüsusi karantin rejimi dövründə bu növ faktlar aşkarlanacağı təqdirdə müvafiq dövlət qurumları tərəfindən qarşısı alınacaq, təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Xəbər lenti
0