Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yeni tip koronavirus daha üç ölkədə də tapıldı

© REUTERS / TOBY MELVILLEСитуация в Лондоне
Ситуация в Лондоне - Sputnik Azərbaycan
Abunə olmaq
Hollandiya hökuməti məlumat verib ki, yaxın günlərdə Avropa Şurasının digər üzv dövlətləri ilə yeni növ koronovirusla mübarizə istiqamətində birgə fəaliyyət məsələsi müzakirə oluncaq.

BAKI, 21 dekabr — Sputnik. Böyük Britaniyada qeydə alınan koronavirusun yeni və daha təhlükəli ştammı Hollandiya, Danimarka və Avstraliyada da aşkarlanıb. Sputnik Azərbaycan Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Mütəxəssislər xatırladır ki, yeni tip koronovirus COVID-19-a nisbətən daha sürətlə yayılır. Ancaq hələlik onun daha təhlükəli olduğu barədə fikir yürütmək tezdir. Bundan başqa, virusun yeni mutasiyasının peyvəndə başqa formada reaksiya verdiyi barədə də heç bir dəlil yoxdur.

Hollandiya hökuməti məlumat verib ki, yaxın günlərdə Avropa Şurasının (AŞ) digər üzv dövlətləri ilə yeni növ koronavirusla mübarizə istiqamətində birgə fəaliyyət məsələsini müzakirə edəcəklər. Bundan başqa, ölkə İngiltərəyə uçuşları 1 yanvar tarixinə qədər dayandırıb.

Qeyd edək ki, dekabr ayında ÜST İngiltərədə tapılan SARS-CoV-2 koronavirusunun yeni mutasiyasının təhlükəsini qiymətləndirib. Mütəxəssislərin fikrincə, yeni növ koronavirus daha yoluxucu olsa da, ümumilidə xəstəliyin təhlükə səviyyəsinə bir o qədər də təsir göstərmir.

Dekabrın 14-də İngiltərənin səhiyyə naziri Mettyu Henkok ölkədə daha sürətlə yayılan yeni SARS-CoV-2 koronavirus növünün aşkarlandığını açıqlayıb. Onun sözlərinə görə, bu virus insandan insana daha asan keçir və bu səbəbdən də daha yoluxucu hesab olunur.

Xəbər lenti
0