BAKI, 21 dekabr — Sputnik. Qazaxıstanın Baş naziri Əsgər Mamin koronavirus əleyhinə "Sputnik V" rus peyvəndinin istehsalına başlanılan Qaraqandadakı əczaçılıq kompleksinə baş çəkib. Sputnik Azərbaycan-ın "RİA Novosti"-yə istinadla yaydığı xəbərə görə, bu barədə Qazaxıstan Nazirlər Kabinetindən məlumat verilib.
"Qazaxıstan Respublikasının Baş naziri Əsgar Mamin Qazaxıstan Respublikası prezidenti Qasım-Comərt-Tokayev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında imzalanmış razılaşmanın icrası çərçivəsində "Sputnik V" peyvəndinin istehsalına başlanılan Qaraqanda əczaçılıq kompleksini ziyarət edib", – deyə məlumatda bildirilir.