Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur reperin şəhidlərimizlə bağlı tatusu diqqət çəkdi - FOTO

© Instagram / orkhanzeynalliАзербайджанский рэпер Орхан Зейналлы (AİD)
Азербайджанский рэпер Орхан Зейналлы (AİD) - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümidvaram ki, bu kiçik yazı hər dəfə hansısa fotomda, klipimdə və s. izləyicilərimin qarşısına çıxanda həmin tarix göz önünə gələcək. Bir dəfə yazmışdım, bir də deyim, ölüm hər kəsə gec tez nəsib olur, qəhrəmanlıq isə ancaq xüsusi fərdlərə nəsib olur"

BAKI, 21 dekabr — Sputnik. "Şəhidlərimizin rəsmi tarixə düşəcək olan sayı elan olunan kimi, o 4 rəqəmi əbədi olaraq nəbzimin üstündə daşımaq qərarına gəldim".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Amerikada yaşayan reper Orxan Zeynallı (Aid) sosial media hesabında yazıb. Şəhid sayını əks etdirən rəqəmləri bədəninə döymə etdirən sənətçi hisslərini belə ifadə edib:

"İkinci Qarabağ müharibəsi bizim nəslin mübarizəsi idi. Şəhid və yaralıların əksəriyyəti ya yaşıdım, ya da məndən daha balaca olan gənclərdir. 20-lərində olan, həyat eşqi və arzuları bol olan gənclər. Geriyə dönüb 20 yaşlarıma baxanda başa düşürəm ki, bəlkə də bir çox insanın həyatı ərzində yaşaya bilmədiyi xoşbəxtlikləri məhz yeniyetməliyimdə görmüşəm. Sevgi, musiqi, səhnələr, pul və populyarlıq. Sadəcə, qismət və şans belə gətirib. Daha artığını yaşamağa layiq oğullarımız isə vətən uğrunda, ideya uğrunda canından keçdi və alınan torpaqları bizə əmanət etdi.

Bu gün anam oğul həsrəti çəkmir, fotoma baxıb ağlamır, ürəyi istəyəndə zəng edib səsimi eşidə bilir və həyatın bu xırda xoşbəxtliklərini həm də "2783"ün kəsb etdiyi mənaya borcluyam. Bu rəqəmlər bir ömür mənə tarixi xatırladacaq. 3 il, 5 ya 10 il sonra da kimsə görüb soruşsa, ona olanları danışacağam. Çünki bu döyüş tarixin tozlanmasına izn verməməli olduğumuz səhifəsidir. İllərlə musiqimdən xəbərdar olanlar və şəxsən tanıyanlar da bilirlər ki, dünyanın ən sülhsevər insanlarındanam. Hətta bəzən qədərindən də çox. Lakin, nə edək ki, dünyanın ədaləti bəzən insanlıq prinsiplərindən uzaq düşür və həyat öz planlarını qurarkən arzularımızla hesablaşmır. Şəhidlər də, qazilər də heç vaxt unudulmamalıdır.

Ümidvaram ki, bu kiçik yazı hər dəfə hansısa fotomda, klipimdə və s. izləyicilərimin qarşısına çıxanda həmin tarix göz önünə gələcək. Bir dəfə yazmışdım, bir də deyim, ölüm hər kəsə gec tez nəsib olur, qəhrəmanlıq isə ancaq xüsusi fərdlərə nəsib olur.

Qarşınızda baş əyirik. Allah şəhidlərimizə rəhmət etsin, doğmalarına səbr, yaralılarımıza isə şəfa versin.

"Olmaz bir qarışından düşmənə pay, Qarabağ!"

Qeyd edək ki, reper hər zaman yaşadığı ölkədə Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.

Xəbər lenti
0