CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu da mədəniyyətimizin haqqı

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək

BAKI, 21 dekabr — Sputnik. 2021-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla, mütləq ifadədə 418,2 milyon manat təşkil edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Краски и кисти художника, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Parisdə matahdır: azərbaycanlıların şəkər qabını çox bəyəndilər

Həmin vəsaitin 177,5 milyon manatı və ya 42,4 faizi (2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 1,3 faiz çox) mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlərinin saxlanılmasının maliyyə təminatına) xərclərinə, 67,5 milyon manatı və ya 16,1 faizi (2020-ci illə müqayisədə 15,5 milyon manat və ya 29,9 faiz çox) televiziya, radio və nəşriyyat xərclərinə, 54,0 milyon manatı və ya 12,9 faizi (2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 4,2 faiz çox) bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 119,2 milyon manatı və ya 28,5 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Eyni zamanda qeyd olunmalıdır ki, 2021-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrinə aid olan digər müəssisə və tədbirlərə ayrılmış xərclərin tərkib hissəsi olmaqla, Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 6,5 milyon manat, Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək.

Xəbər lenti
0