Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı məşhur haqda Tbilisidə film çəkdilər

© AP Photo / Lefteris PitarakisСьемка, фото из архива
Сьемка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcü və Azərbaycan dillərində təqdim olunacaq film pandemiyadan sonra tamaşaçıların ixtiyarına veriləcək

BAKI, 21 dekabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) milli musiqimizin, muğam fəlsəfəsinin təbliğinə, araşdırılmasına və inkişaf prosesinə yönəldilmiş kreativ layihələrlə bərabər, elmi-kütləvi, sənədli filmlərin istehsalını da planlaşdırır. Ötən ildən BMM-nin rəhbərliyinin təşəbbüsü ilə mərkəzin foyesini bəzəyən büstlərin – mənəvi sərvətlərimizin hər biri haqqında sənədli filmin çəkilişlərinə start verilib.

Muğam Mərkəzi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Hamının qəlbinə yol tapan İslam - "Dağı-daşı dilə gətirirdi"

Sputnik Azərbaycan xəbər verir ki, layihənin ilk filmi tanınmış muğam ustası, Azərbaycan, Gürcüstan, eləcə də Yaxın Şərq ölkələrində adı dillər əzbəri olmuş Bülbülcana həsr edilib. Filmin çəkilişləri Bakıda və Tbilisi şəhərlərində aparılıb. Dövrün ictimai-siyasi, sosial-mədəni mənzərəsini dürüst təsvir etmək, Bülbülcanın portret cizgilərini dolğun vermək üçün bədii oyun elementlərindən də istifadə edilib. Sənədli filmdə Gürcüstan arxivlərindən, muzeylərindən onun həyatına aid yeni materiallar, dövrün mənzərəsini əks etdirən qədim Şuşa, Tbilisi və Bakıya aid fotolardan, sənədi kino-foto xronikalardan istifadə olunub.

Filmdə Bülbülcan rolunu Əməkdar artist Təyyar Bayramov canlandırıb. Sənədli ekran əsərində Xalq artisti Arif Babayev, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Bülbülcanın nəslindən olan qohumlarının fikirləri yer alıb.

Layihənin ideya müəllifi və bədii rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, ssenari müəllifi Gülhüseyn KazımlıHafiz İmamnəzərlidir.

Gürcü və Azərbaycan dillərində təqdim olunacaq film pandemiyadan sonra tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, BMM elmi-tədqiqat xarakterli araşdırmalar sayəsində muğam korifeylərinin həyat və yaradıcılığına həsr edilən bədii gecələr təşkil edilir, kitablar nəşr olunur.

Xəbər lenti
0