BAKI, 21 dekabr — Sputnik. Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 1505 yeni yoluxma faktı qeydə alınıb, 3028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 203593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142807 nəfər müalicə olunaraq sağalıb, 2253 nəfər vəfat edib, aktiv xəstə sayı 58533 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383, ötən müddət ərzində isə ümumilikdə 2 073 137 test aparılıb.