BAKI, 20 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı Britaniyada koronavirusun yeni, çox yoluxucu ştammının yayılması barədə məlumatlara şərh verib.
Sputnik Azərbaycan bildirir ki, təşkilat Londonda sıx əlaqədə olduqlarını, Böyük Britaniyanın rəsmi şəxslərinin yeni tip COVID-19 barədə məlumatları, eləcə də cari araşdırmaların nəticələrini onlarla bölüşdüklərini deyib.
"Biz virusun bu tipinin xarakteristikası və hər bir nəticəsi barədə məlumatlar aldıqca üzv dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq", - ÜST Twitter-də yazıb.
In the meantime, we continue to advise people to take all protective measures to prevent the spread of the #COVID19 virus and comply with national authorities' guidance. https://t.co/CTdAEJ8Pqn
— World Health Organization (WHO) (@WHO) December 19, 2020
Bir qədər əvvəl Böyük Britaniyada yayılan yeni tip koronavirusun 70% daha yoluxucu olduğu bildirilmiş, əhaliyə daha tədbirli olmaq məsləhət görülmüşdü. Ancaq eyni zamanda qeyd olunub ki, ştammın yüksək yoluxuculuğuna rəğmən, onun ölüm göstəriciləri və hospitalizasiya baxımından yüksək təhlükəli olması barədə məlumatlar yoxdur.
Şənbə günü Böyük Britaniyanın baş naziri Boris Conson London və cənub-şərq rayonlarında yeni məhdudiyyətlərin, ümumilikdə götürdükdə lokdaunun tətbiq olunması barədə qərar verib. İngiltərənin ardından Şotlandiya və Uels hökumətləri də tədbirlərin sərtləşdiriləcəyini bildirib.
Pandemiya başlayandan Britaniyada 2004219 adamda koronavirus təsbir olunub, 67075 COVID-19 xəstəsi dünyasını dəyişib.