Ərdoğanın yaxın qohumu koronavirusdan vəfat etdi

© AP Photo / Nedim EnginsoyПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Ərdoğan Türkiyə Prezidentinin böyük qardaşı Həsən Ərdoğanın oğludur. Onun nəşi doğulduğu Rizenin Güneysu rayonunda dəfn ediləcək.

BAKI, 20 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Əhməd Ərdoğan vəfat edib.

Sputnik Azərbaycan TRT-yə istinadən bildirir ki, Ə.Ərdoğan Kocaelində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bir həftədir koronavirusdan müalicə olunan Əhməd bəy 73 yaşındaydı.

Əhməd Ərdoğan Türkiyə Prezidentinin böyük qardaşı Həsən Ərdoğanın oğludur. Onun nəşi doğulduğu Rizenin Güneysu rayonunda dəfn ediləcək.

Xəbər lenti
0