Türkiyədə ard-arda üç zəlzələ oldu

© Depositphotos.com / Sudok1Сейсмограф регистрирует колебания на листе измерительной бумаги
Сейсмограф регистрирует колебания на листе измерительной бумаги - Sputnik Azərbaycan
Abunə olmaq
Kandilli rəsədxanasından bildirilib ki, Muğladakı zəlzələnin dərinliyi episentrdə 8, Vanda isə 12.9 km olub.

BAKI, 20 dekabr — Sputnik. Türkiyənin iki vilayətində güclü yeraltı təkanlar olub.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, yerli vaxtla 06.14-də Muğlanın Ula rayonunda 3.9, iki dəqiqə sonra isə 3.8 bal gücündə zəlzələ olub. İlkin məlumatlara görə, xəsarət alan və dağıntı yoxdur.

Muğladakı zəlzələdən 15 dəqiqə sonra isə Vanda da yeraltı təkanlar olub. Yerli vaxtla 07:32-də Başkaledə baş verən zəlzələnin maqnitudasını Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 4.4, Kandilli rəsədxanası isə 4.5 olaraq göstərib.

Rəsədxanadan bildirilib ki, Muğladakı zəlzələnin dərinliyi episentrdə 8, Vanda isə 12.9 km olub. 

 

Xəbər lenti
0