BAKI, 20 dekabr - Sputnik. Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, S.Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı. Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.
Qeyd edək ki, S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.