Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır”

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Abunə olmaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, yayılan informasiyalar bazar iştirakçıları tərəfindən pozitiv qarşılanıb və nəticə olaraq dinamik artım görürük
İlham Şaban: “ABŞ-da kommersiya neft ehtiyyatları 3,1 mln barrel azalıb”

Aərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar artaraq 51,52 dollar təşkil edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, neft qimyətlərindəki artımın bir neçə səbəbi var:

“Birinci, bu ABŞ enerji informasiya administrasiyasının açıqladığı həftəlik məlumatlarla bağlıdır. ABŞ-da kommersiya neft ehtiyatları 3,1 mln barrel azalıb. Bundan əlavə, ABŞ-da neft hasilatı 10,5 mln barrelə qədər aşağı düşüb. Bu, bazar iştirakçıları tərəfindən pozitiv qarşılanıb və nəticə olaraq dinamik artım görürük. Həmçinin COVID-19 vaksinləri ilə bağlı informasiyaların yayılması da bu prosesdə öz təsirini göstərir”.

İlham Şabanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0