BAKI, 19 dekabr — Sputnik. Yeni növ koronasvirusdan cəmi 1 faiz fərqlənən koronavirus aşkar edilib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Vektor" mərkəzinin direktoru Rinat Maqsudov bu barədə Nail Əsgər-zadənin "Rossiya -1" telekanalında yayımlanan filmində danışıb.
"Bu yaxınlarda təsdiq edildi ki, insanlara yoluxmayan, lakin təbiətdə dolaşan, yeni növ koronavirusdan 1%-dən çox fərqlənməyən təbii koronaviruslara da rast gəlinir.", - Maqsudov deyib.
Qeyd edək ki, əsrin bəlasına çevrilən COVID-19–un laboratoriya məhsulu olduğunu, bu səbəbdən də ona qarşı təbii immunitetin yaranmadığını iddia edən elm adamlarının sayı günbəgün artır.