Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ey gidi dünya... Hamlet də qadın olur

© AP Photo / Invision/ Vianney Le CaerНуми Рапас
Нуми Рапас - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
İranlı rejissor Əli Abbasinin rejissoru olduğu filmdəki baş rolu - yəni Hamlet obrazını Numi Rapas yaradacaq. Çəkilişlərin 2021-ci ilin payızında keçirilməsi planlaşdırılır

BAKI, 19 dekabr — Sputnik. Uilyam Şeksprin "Hamlet" faciəsi yeni film versiyasında təqdim olunacaq. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu dəfə "Hamlet" obrazını qadın canlanıdracaq.

İranlı rejissor Əli Abbasinin rejissoru olduğu filmdəki baş rolu - yəni Hamlet obrazını Numi Rapas yaradacaq. Çəkilişlərin 2021-ci ilin payızında keçirilməsi planlaşdırılır.

Rejissor müsahibələrinin birində bildirib ki, "Uilyam Şekspir Hamletin hekayəsini bizdən oğurlayıb. İndi onu geri qaytarıb, elə ağlasığmaz, qorxunc versiyada yaratmalıyıq ki, Şekspir qəbrində çevrilsin. Gəlin Hamletə möhtəşəmliyini qaytaraq!"

Məlumat üçün bildirək ki, Əli Abbasi əvvəllər yazıçı olub. Son illər isə rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Filmləri dünyanın ən aparıcı festivalları sayılan "Berlin" və "Kann" kinofestivallarında iştirak edib, müxtəlif nominasiyaların qalibi olub.

Xəbər lenti
0