Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çindən koronavirusla bağlı məsləhətlər

© AP Photo / Andy WongЛюди в защитных масках проходят мимо рекламного щита в Пекине, фото из архива
Люди в защитных масках проходят мимо рекламного щита в Пекине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün bu metodlar epidemiyanın profilaktikası zamanı effektiv təsirə malik olduğunu sübut edib. Bu səbəbdən hər kəs fərdi sağlamlığı üçün qaydalara əməl etməlidir.

BAKI, 19 dekabr — Sputnik. Çində maskaların koronavirusa qarşı effektivliyi müəyyən edilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Çində maska taxılması, sosial məsafə saxlanılması COVID-19 virusunun yayılmasına qarşı mübarizədə effektli təsir göstərib.

Bu barədə Çinin Xəstəliklərin Profilaktikası və Sağlamlıq komitəsinin rəhbəri Tsui Qan deyib.

O, qeyd edib ki, ilkin mərhələdə peyvənd risk altında olan şəxslərə edilsə də, digər şəxslərin narahat olmasına əsas yoxdur.

Çünki, Çində epidemiyadan qorunmaq üçün daha effektiv vasitələr, məsələn maska taxılması, sosial məsafənin qorunması, əllərin gigiyenası məsələsi var.

"Bütün bu metodlar epidemiyanın profilaktikası zamanı effektiv təsirə malik olduğunu sübut edib. Bu səbəbdən hər kəs fərdi sağlamlığı üçün qaydalara əməl etməlidir", - deyə Tsui Qan bildirib.

Qeyd edək ki, bu gün Çinin Xəstəliklərin Profilaktikası və Sağlamlıq Komitəsi əhalinin risk altında olan təbəqəsinin peyvəndlənmə prosesinə başlandığını açıqlayıb. Ancaq vətəndaşlara hansı peyvəndin vurulacağı barədə məlumat verilməyib.

Çindəki epidemioloji vəziyyətə gəldikdə isə, vəziyyətin stabil olduğu bildirilir. Virusun ölkədə yenidən yayılması isə ancaq xarici ölkələrdən gəlməklə mümkün ola bilər.

Məlumata görə, epidemiya başlayan gündən Çində 86806 nəfər virusa yoluxub. Onlardan 4634 nəfər ölüb, 81865 nəfər isə sağalıb.

Hazırda xəstəxanalarda 307 COVID-19 xəstəsi müalicə alır.

Xəbər lenti
0