BAKI, 19 dekabr - Sputnik. Sosial şəbəkələrdə TƏBİB-ə məxsus olduğu iddia edilən ödənişli "COVİD-19" paketlərinin satışı ilə bağlı məlumat yayılıb.
Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən daxil olan məlumatda bildirir ki, həmin paketlər TƏBİB-ə məxsus deyil:
"TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var”.