BAKI, 19 dekabr — Sputnik. Avropa Parlamenti İran İslam Respublikasını insan haqlarını pozmaqda ittiham edərək bir qərarnamə qəbul edib.
Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, qərarnamə 12 nəfər əleyhinə, 63 nəfər bitərəf, 614 nəfər lehinə olmaqla qəbul edilib.
Qərarnamədə "Amednews" saytının direktoru Ruhullah Zeminin edam edilməsi pislənilib, İranda həbs edilmiş bir sıra cəsuslar haqqında da iddialar qaldırılıb.
Rəsmi Tehran bundan öncə Qərb ölkələri tərəfindən verilmiş qərarnamələri qərəzli hesab edib və İranın beynəlxalq öhdəliklərə və vətəndaş hüquqlarının qorunmasına sadiq olduğunu bildirib.