Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ötən əsrin məşhur serialının üçüncü mövsümü ekranlaşdırılacaq

CC0 / StockSnap / tvMavi ekranın işığı
Mavi ekranın işığı - Sputnik Azərbaycan
Abunə olmaq
Danimarkalı rejissor keçən əsrin 90-cı illərində ortaya çıxan dəhşət dramı "Krallıq" serialının üçüncü mövsümünü ekranlaşdıracaq. Beş hissədən ibarət üçüncü mövsümün istehsalı gələn il üçün planlaşdırılır

BAKI, 18 dekabr — Sputnik. Məşhur rejissor Lars von Trier üç ildən sonra çəkiliş meydançasına qayıdır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, danimarkalı rejissor, keçən əsrin 90-cı illərində ortaya çıxan dəhşət dramı "Krallıq" serialının üçüncü mövsümünü ekranlaşdıracaq. Beş hissədən ibarət üçüncü mövsümün istehsalı gələn il üçün planlaşdırılır. Rejissor üçüncü mövsümün beş bölümünün hamısını çəkməklə yanaşı, həm də Nils Vorsellə birgə bölümlərin ssenarisini də yazacaq.

Serialın süjetinin təfərrüatları hələ ki, açıqlanmayıb, lakin yeni epizodlarda həm yeni obrazların debütü, həm də köhnə obrazların geri dönəcəyi məlumdur.

Xəbər lenti
0