Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yeni təsdiqlənən koronavirus vaksininin 400 min dozasını məhv etdilər

© AP Photo / Hans PenninkВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Moderna"nın vaksini böyük əksəriyyət tərəfindən təsdiqlənib. Onun çatdırılmasına dərhal başlanılacaq.

BAKI, 18 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, "Moderna" şirkətinin koronavirus əleyhinə peyvəndinin istifadəsinə icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.

""Moderna"nın vaksini böyük əksəriyyət tərəfindən təsdiqlənib. Onun çatdırılmasına dərhal başlanılacaq", - deyə Tramp "Twitter"də yazıb.

​Bu arada ABŞ-ın "Moderna" şirkəti təxminən 400 min doza koronavirus əleyhinə peyvəndi məhv edib. "Moderna"nın istehsalın son mərhələsində süzülmə problemləri səbəbindən peyvəndin bu partiyasını ləğv etmək məcburiyyətində qaldığı bildirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 74,9 milyonu keçib, 1,66 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0