Xarı-bülbül çiçəyi Çexiyaya aparılıb

Abunə olmaq
Bu gülün botanika bağının kolleksiyasına daxil olmasına sevindiyini söyləyən bağın kuratoru T.Proxazka təklif edib ki, gələcəkdə botanika bağında Azərbaycanın ən gözəl bitkilərinin təmsil olunması üçün Çexiyadan Azərbaycana botaniklərin səfəri təşkil olunsun.

BAKI, 18 dekabr — Sputnik. Çexiyanın paytaxtinda yerləşən Karlov Universitetinin Botanika bağında tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadim, Karlov Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi keçirilib. Eldar Vəliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirdə botanika bağının rəhbəri Ladislav Pavlata, Karlov Universitetinin Biologiya fakültəsinin elmi işçiləri və mərhum professorun Çexiyadan olan həmkarları - elmlər doktoru Vladislav Şvatora və Milan Kaftan, botanika bağının kuratoru Tomaş Proxazka və Azərbaycan icmasının nümayəndələri Emma Lazar və Xədicə Əliyeva iştirak ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir zamanı Eldar Vəliyev Azərbaycanın Qarabağ bölgəsində bitən və o regionun rəmzi olan xarı-bülbül çiçəyini Karlov Universitetinin botanika bağına hədiyyə edib. Bağın müdiri L.Pavlata qonaqlara minnətdarlığını bildirib və söz verib ki, botanika bağı bu gülün Çexiya torpağında bitməsi üçün əlindən gələni əsirgəməyəcək.

Bu gülün botanika bağının kolleksiyasına daxil olmasına sevindiyini söyləyən bağın kuratoru T.Proxazka təklif edib ki, gələcəkdə botanika bağında Azərbaycanın ən gözəl bitkilərinin təmsil olunması üçün Çexiyadan Azərbaycana botaniklərin səfəri təşkil olunsun.

Bundan sonra, Akif Quliyevin Azərbaycan-Çexiya elmi və təhsil əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynadığını söyləyən Eldar Vəliyev professorun bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Yəhudi əsilli Eduard Şamaryayaev Qarabağ zərgərliyini tədris edərkən - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Xarı bülbül"ü yaşadanlar - Yəhudi müəllim Qarabağ zərgərliyini öyrədir

Akif Quliyevin yaxın dostu və həmkarı elmlər doktoru V.Şvatora professorla bağlı xatirələrini bölüşüb. O, birgə aparılan tədqiqatlardakı uzun iş birliyindən, professorun dəstəyi ilə baş vermiş çex tədqiqatçılarının Azərbaycana səfərlərdən, Karlov Universitetinin Təbiət elmləri fakültəsi ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsindən söz açıb.

Daha sonra tədbirə internet vasitəsilə qoşulan professorun qızı Nailə Abdullayeva atasının xatirəsinin yad edilməsindən məmnunluğunu ifadə edib. O, bundan sonra da professorun gördüyü işləri davam etdirmək üçün çalışacağını vurğulayıb.

Xatırladaq ki, professor Akif Quliyev 1967-1968-ci illərdə aspirantura təhsilinin bir hissəsini Praqanın Karlov Universitetində alıb. BDU-nun Biokimya və biotexnologiya şöbəsinin müdiri olaraq Akif Quliyev 1972-ci ildə iki universitet arasındakı ilk müvafiq razılaşmaya görə məsul idi. SSRİ-nin dağılması və 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbi ilə yaranan fasilədən sonra professor A.Quliyev dekan olaraq 2010-cu ildə hər iki fakültə arasında memorandumun imzalanması ilə əməkdaşlığı gücləndirməyi bacarıb. Bu, Azərbaycan və Çexiyanın ən böyük universitetləri arasında hələ də qüvvədə olan bir müqavilənin imzalanmasında mühüm bir addım idi.

Xəbər lenti
0