CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suqovuşan yolunda tikinti nə vaxt yekunlaşacaq?

© Azerbaijan Highway State AgencySuqovuşan və Talış kəndlərinə gedən yolların bərpası
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu ayın sonuna kimi asfalt-beton örtüyünün vurulması prosesinin birinci mərhələsi başa çatdırılacaq".

BAKI, 18 dekabr — Sputnik. Tərtər rayonundan Suqovuşan qəsəbəsinə çəkilən yeni yolun tikinti işləri sürətləndirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Baş idarə rəisinin müavini Hidayət Rüstəmov deyib. Onun sözlərinə görə, artıq yolda asfaltlanma işləri aparılır: "Yolun tikintisində əsas çətinlik ərazinin minalardan təmizlənməsi idi. ANAMA əməkdaşları əsasən yol və yolun mühafizə zolağını minadan təmizlədilər və bu bir az vaxt apardı. Artıq yolun Tərtərdən Suqovuşana kimi olan 21 kilometrlik hissəsində sonuncu örtüyün tikinti işləri gedir, yəni asfalt-beton örtüyü döşənir. Yolun eni 9 metr olacaq. Bu ayın sonuna kimi asfalt-beton örtüyünün vurulması prosesinin birinci mərhələsi başa çatdırılacaq".

Rəis müavini bildirib ki, hazırda paralel olaraq Suqovuşandan Talış kəndinə qədər olan 7,5 kilometrlik yolun tikintisi aparılır: "Yol Talış kəndindən Tapqaraqoyunlu, oradan isə Qaşaltı sanatoriyasına qədər inşa ediləcək. Suqovuşandan Qaşaltı sanatoriyasına qədər yolun ümumi uzunluğu 30 kilometr olacaq".

Xəbər lenti
0