CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərarilik edib Rusiyaya qaçan və orada sevgilsini öldürən şəxs ekstradisiya edildi

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Urfan Tağıyev və Ağadadaş Ağayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə, Münakif Tağıyev isə Rusiya Federasiyasına ekstradisiya edilib.

BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində iki ölkə ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü qarşılıqlı ekstradisiya edilmələri barədə sorğular edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Gəncə hərbi prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Tağıyev Urfan Bərxudar oğlunun Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən №-saylı hərbi hissəsində xidmət edərkən 23 sentyabr 2018-ci ildə saat 12:00 radələrində hərbi hissəni özbaşına tərk etməsinə, hal-hazıradək xidmət yerinə qayıtmayaraq fərarilik etməsinə; Nəsimi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ağayev Ağadadaş Valeh oğlunun 01.01.2018-ci il tarixində özgənin əmlakını ələ keçirmək məqsədi ilə talama cinayətini törədərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İrkutsk şəhər, Sverdlovsk rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Rusiya Federasiyası vətəndaşı Tağıyev Münakif Raqub oğlunun 2014-cü ilin may ayında qeyri-rəsmi münasibətdə olduğu Burkova Natalia Vladimirovna ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində bıçaqla sonuncuya zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışlar elan edillib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun qarşılıqlı sorğuları təmin edilməklə Urfan Tağıyev və Ağadadaş Ağayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə, Münakif Tağıyev isə Rusiya Federasiyasına ekstradisiya edilib.

Xəbər lenti
0