CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rejissorun qısametrajlı filmi ABŞ-dakı festivalda qalib olub

© Facebook / Elmar BayramovАзербайджанский режиссер Эльмар Байрамов
Азербайджанский режиссер Эльмар Байрамов - Sputnik Azərbaycan
Abunə olmaq
Həmvətənimizin rejissoru olduğu "Ladybug" ("Uğur böcəyi") qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən "15 Minutes of Frame" film festivalinda "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olub.

BAKI, 18 dekabr — Sputnik. ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramov növbəti uğura imza atıb.

Sputnik Azərbaycan xəbər verir ki, həmvətənimizin rejissoru olduğu "Ladybug" ("Uğur böcəyi") qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən "15 Minutes of Frame" film festivalinda "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olub.

Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasında "Laçın" mahnısı səsləndirilib.

Qeyd edək ki, Azərbaycandan ABŞ-a köçən Elmar Bayramov Pensilvaniya ştatında rejissor kimi çalışır. Onun "Oops" qısametrajlı filmi də bir müddət əvvəl "Urban Action Showcase" festivalında "Döyüş" nominasiyası üzrə ən yaxşı film seçilib. Həmvətənimizin "Let me run" filmi "Best USA Film" ("Ən yaxşı ABŞ filmi") nominasiyası üzrə qalib olub.

Xəbər lenti
0